14 Dekabr 2018 13:43
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu gün Azərbaycanın sədrliyi ilə Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası keçirildi. Ölkəmizin sədrliyi zamanı QDİƏT məkanında və onun hüdudlarından kənarda bağlantılar məsələsinə xüsusi diqqət ayrılıb".

Teleqraf.com xəbər verir ki, bu sözləri Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyev iclasın yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycanın təşkilata sədrliyi dövründə prioritetlərə uyğun olaraq səmərəli, etibarlı və təhlükəsiz nəqliyyat və tranzit, kənd təsərrüfatının ixrac qabiliyyətinin artırılması, turizmin inkşafı ətrafında müzakirələr aparılıb: "Sədrlik çərçivəsində bugünki görüş də daxil olmaqla 4 dəfə nazirlər, 21 tematik və xüsusi işci iclasları, müxtəlif tədbir və seminarlar keçirilib. Yanvarın 1-də sədrlik Bolqarıstana keçəcək.

Çox istərdik ki, təşkilatımız fəallıq göstərsin, Avropa İttifaqı səviyyəsində olsun. Şübhəsiz çətindir, amma bunu etmək olar. QDİƏT və Avropa İttfaqı arasında əlaqələr, işçi qrupları var. Ona görə də bunun mümkün olduğunu deyirəm. Gərək öz təşkialtımız da fəal olsun.

Artıq QDİƏT-in 26 yaşı var, bu müddət ərzində irəliləyiş əldə olunub və hesab edirik ki, daha çox irəliləyiş olacaq. Çünki təşkilat böyük yol keçib. Hər şey dəyişib. Ola bilsin, islahatlar aparılsın və konkret prioritetlər müəyyənləşsin. 20-dən çox işçi qrupu var. Elə qruplar var aylarla, illərlə iclas keçirmirlər. Niyə resurs və vaxtımızı sərf edək? Bu mənada prioritetlər konkretləşməlidir".


Müəllif: Teleqraf.com