Belarus KİV-i Rusiya jurnalistləriylə görüşdə ölkə prezidenti Aleksandr Lukaşenkonun sensasiyalı çıxışının dərcini davam etdirir.
Publika.az BELTA agentliyinə istinadən xəbər verir ki, Belarus lideri Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, Azərbaycanla hərbi-texniki əməkdaşlığı və Azərbaycan Prezident İlham Əliyevlə münasibətlərindən danışıb.
Lukaşenko həmçinin bir neçə il əvvəl ölkəsi üçün həyati əhəmiyyət daşıyan Azərbaycanın yardımı - Azərbaycanın Belarusa təcili borc verməsindən də danışıb.
“Mən Rusiyaya təcili 900 milyon dollar qaytarmalı idim. Mənə doğma qardaşlar təzyiq göstərməyə başladılar. Qazı kəsdilər. Mən zəng vurdum: İlham, deyirəm, mənə təcili 900 milyon dollar lazımdır. Mən maliyyə nazirini, hökumət nümayəndə heyətini göndərirəm, onlar müqavilə bağlayacaq. Amma mənə pul sabah lazımdır. Mən Putinə 900 milyon verməyə məcburam. Ona söz verdim ki, uzağı 3 həftəyə, yaxud bir aya qaytaracam. Lakin vaxtından tez qaytardım. Bilirsiniz, bu çox dəyərlidir. Ona görə də mən ona çox yaxın adamım kimi yanaşıram. Və o da mənə o cümlədən”, - Lukaşenko deyib.