1 Fevral 2019 21:43
546
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müxalifət “lidercikləri” bir daha yaramaz olduqlarını təsdiq etdilər.

Bunu Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə deyib ki, bu gün adı dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının hesabatlarında çəkilən, digər ölkələrə nümunə kimi göstərilən Azərbaycan yeni inkişaf dövrünü yaşayır: "Möhtərəm Prezidentimizin rəhbərliyi ilə yeni islahatlar həyata keçirilir, ölkəmizin iqtisadi gücü, siyasi nüfuzu daha da artır, bölgələr simasını dəyişir. Dəyişməyən isə illərdir bu xalqa, dövlətə müxalif olan, xarici anti-Azərbaycan ünsürlərin təsiri altında ölkəmizə qarşı hər zaman qərəzli, radikal mövqedə olan bir qrup “siyasətbazdır”. İllərdir böyük kütləni ətraflarında birləşdirdiklərini iddia edən dağıdıcıların 19 yanvar mitinqi onların nə qədər rəzil, aciz durumda olduqlarını bir daha nümayiş etdirdi".

O qeyd edib ki, yalan vədlər, boş sözlər radikal müxalifətin fəaliyyətinin əsasını təşkil edir: “Meydanda bir şey bacara bilmədiklərini başa düşən dağıdıdıcılar artıq virtual məkanda “şirə”, “pələngə” dönməyi üstün tuturlar. Real həyatda sosial baza yığa bilməyən bu ünsürlər kompüter arxasında oturub insanları yalan vədlərlə nəyəsə inandırmağa çalışırlar. Ancaq bütün bunlar əbəsdir. Çünki xalq hər şeyi görür və hər kəsə də lazım olan qiyməti verir. Təxminən 10 gündür ki, sosial şəbəkələrdə Məhəmməd Əmin Rəsulzadənin doğum günü ilə bağlı guya böyük aksiyanın keçiriləcəyinin anonsunu verən “Milli şura” həmin gün ətrafına cəmi 150-200 adam toplamaqla xalqın gözündə rəzil olduqlarını bir daha göstərdi. Budurmu xalqın dəstəyi? Görəsən, müxalifət “lidercikləri” indi hansı yalan vədlərin anonsunu verməyə hazırlaşırlar? Hesab edirəm ki, onların bu suallara nə cavabı, nə də xalqın qarşısında deməyə sözləri var. Müxalifət “lidercikləri” bir daha yaramaz olduqlarını təsdiq etdilər”.

Baş redaktor vurğulayıb ki, dağıdıcı müxalifəti xalq, dövlət yox, şəxsi ambisiyalar, xaricdən gələn qrantlar düşündürür: “Onlar hətta ümummilli məsələlərdən belə öz mənafeləri üçün istifadə etməyə çalışırlar. Yadınızdadırsa, 20 Yanvar - Ümummilli Hüzn Günü ərəfəsində də xalq Şəhidlər xiyabanına axışaraq şəhidlərin əziz xatirəsini yad etdiyi halda, Əli Kərimli kimilər öz çirkin niyyətlərini həyata keçirməyə cəhd etdilər, lakin hər zaman olduğu kimi, yenə də biabır oldular”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər