28 Fevral 2019 10:10
1 446
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan Baş naziri Nikol Paşinyan çox arzuladığı İrana səfər etdi”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O, qeyd edib ki, İran Prezidenti Həsən Ruhani Paşinyanla görüşdə Ermənistana qaz tədarükünün artırılmasına etiraz etmədiklərini dilə gətirib:

“Ancaq bunu illərdir deyirlər, ortada nəticə yoxdur. Tehranda hansısa nəzəri regional layihələr barədə də danışıblar. Bunlar da xoş arzulardır. Ermənistanın pulu, sanskiyalardan əziyyət çəkən İranın isə başqa ölkəyə xərcləyəcək yatırımları yoxdur. Buna baxmayaraq, Paşinyan Tehranda iki arzusunu reallaşdıra bilib.

Birincisi, o, Ruhanidən başqa İranın azərbaycanlı dini lideri Əli Xameneyi ilə görüşüb. Bu gözlənilən idi.

İkincisi, Tehranda mövcud olan “Ararat” idman-sağlamlıq mərkəzində “Dağlıq Qarabağ Respublikasının bayrağı” altında İranda yaşayan erməni icmasının nümayəndələri ilə görüşüb, sevincək selfi də çəkdirib.

Bir müddət sonra yenə Bakıya hansısa iranlı rəsmi və ya general gəlib deyəcək ki, “işğalı pisləyirik, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər