6 Mart 2019 12:56
529
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada martın 31-də keçiriləcək prezident seçkiləri əvvəlkilərdən elə də çox fərqlənməyəcək. Fikrimcə, seçkinin taleyi elitanın əlindədir. Hakim elita seçkilərdə həlledici rol oynayacaq.

Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Politoloqun sözlərinə görə, hansı oliqarx qrup üstün gəlsə, seçkinin qalibi o olacaq.

İlqar Vəlizadə bildirib ki, hazırkı Prezident Petro Poroşenko , Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko və şoumen Vladimir Zelenski favoritdir: “Lakin əsas mübarizə Poroşenko ilə Timoşenko arasında gedəcək. Əgər seçkilər ikinci tura qalsa, Zelenskinin rolu o zaman bilinəcək”.

Politoloq qeyd edib ki, elita Poroşenkonun tərəfindədir, oliqarxlar isə Timoşenkonu dəstəkləyir və indiki hakimiyyətin siyasətini bəyənmir: “Biznesmen İqor Kolomoyskiy Zelinskinin arxasındadır və o, siyasi cameəyə yaxın olmaq üçün seçki prosesinə qoşulub. Onun üçün seçkidəki məğlubiyyət və ya qələbənin fərqi yoxdur, o, sadəcə məşhurlaşmaq niyyətindədir”.

Rusiyanın Ukraynadakı seçkilərə mümkün təsirinə gəlincə, İlqar Vəlizadə hesab edir ki, iki ölkə arasında münasibətlər gərgin olduğundan Rusiyanın seçkiyə təsir edəcəyini düşünmür: “Rusiya seçki prosesində neytrallığı qoruyub saxlayır”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər