24 Mart 2019 17:57
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat Partiyasının (VMHP) qurultayı keçirilib.

Qurultayda VMHP-yə yeni sədr seçkiləri keçirilib.

Qriqol Vaşadze səs çoxluğu ilə partiyanın sədri seçilib. O, partiya sədrliyinə yeganə namizəd olub.

Qurultayda səsvermə elektron qaydada keçirilib. İştirakçılar xüsusi mobil applikasiya vasitəsilə səs veriblər.

Q.Vaşadzenin namizədliyinin lehinə 364 nümayəndə, əleyhinə 1 nəfər səs verib, digər 1 nəfər isə səsvermədə iştirakdan imtina edib.

M.Saakaşvili partiyanın qurultayına canlı video bağlantı ilə qatılıb. O, VMHP-nin böyük ideyalar təşkilatı olduğunu bildirib: "Biz ilk öncə xalqın partiyasıyıq. Bütün insanlar partiya və ölkənin rəhbərliyində iştirak etməlidirlər".

Qeyd edək ki, bu günə qədər VMHP-nin sədri vəzifəsini Nika Melia icra edib.

Q.Vaşadze 2008-2012-ci illərdə Gürcüstanın xarici işlər naziri olub.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər