Vyanadakı "Bristol" hotelində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş başa çatıb.
Teleqraf.com xəbər verir ki, Azərbaycan prezidenti və Ermənistan baş naziri hoteli tərk ediblər.
Ancaq iki ölkənin xarici işlər nazirləri və həmsədrlər isə hələ də hoteldə qalmaqdadırlar.
Görüşdən sonra tərəflər hər hansı açıqlama ilə çıxış etməyiblər.
***
16:43
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın bağlı qapılar arxasında davam edən görüşü 2 saata yaxın davam edib. Artıq təkbətək görüş də başa çatıb. Xarici işlər nazirləri və ATƏT-in Minsk Qrupu həmsədrləri yenidən müzakirələrə qatılıblar.
Teleqraf.com xəbər veriri ki, bunu da Ermənistan Baş nazirinin mətbuat katibi V.Karapetyan öz “Feysbuk” səhifəsində bildirib.
***
15:12
Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın geniş tərkibi görüşü başa çatıb. Hazırda İlham Əliyev və Nikol Paşinyan təkbətək formatda müzakirəyə başlayıblar.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın Baş nazirinin mətbuat katibi Vladimir Karapetyan “Feysbuk” səhifəsində yazıb.