Müharibə olmasa, Azərbaycan və Ermənistan arasında hər hansı bir sülhdən söhbət gedə bilməz.
Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Araz Əlizadə “Piyadalar əleyhinə minalardan azad Cənubi Qafqaz” tədbiri zamanı çıxışında deyib.
Deputat “Qarabağ konflikti” anlayışını qəbul etmədiyini söyləyib:
“Prezident İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın görüşündən sonra hər iki xalqın sülhə hazırlanması prosesinə start verilməsi haqda söhbətlər getməyə başladı, amma müharibə olmasa və torpaqlar geri qaytarılmasa, hansısa sülhdən danışmaq olmaz. Kapitulyasiya aktı mütləq olmalıdır. Cinayətkarlar cəzalarını alandan sonra ərazilərin minalardan təmizlənməsi və xalqların sülhə hazırlanmasından bəhs etmək olar. ATƏT-in Minsk Qrupu heç nəyə nail ola bilməyəcək, çünki məcburedici mexanizmi yoxdur. Azərbaycanın müharibədən başqa yolu qalmayıb”.