Rusiyanın baş naziri Dmitri Medvedev Ukraynada prezident seçkisinin ikinci turunun keçirilməsinə 3 gün qalmış bu ölkəyə sanksiya tətbiq edildiyini bildirib.
Teleqraf.com xəbər verir ki, baş nazirin sözlərinə görə, Rusiya Ukraynaya neft və neft məhsullarının ixracını qadağan edib. Həmçinin, Rusiyaya idxalı qadağan olunan Ukrayna mallarının siyahısını genişləndiriləcək.
Baş nazirin sözlərinə görə, bu, ötən həftə Ukraynanın tətbiq etdiyi ticarət sanksiyalarına cavabdır. Bu məhdudiyyətlər Ukrayna maşınqayırma məhsullarına, yüngül sənayesinə və metal emalına təsir göstərəcək.