30 Aprel 2019 09:01
926
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan ictimaiyyəti 2008-ci il hadisələrinə görə keçmiş prezident Robert Köçəryan, sabiq müdafiə naziri Seyran Ohanyan və digər şəxslərə qarşı açılmış cinayət işinin məhkəməyə göndərilməsini sevgi və hərarətlə qarşılayacaq. Çünki insanlar məhz “Qarabağ klanı”na qarşı küçələrə çıxmışdı və onlar yeni siyasi hakimiyyətə səs verib.

Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

Politoloq qeyd edib ki, həqiqətən 2008-ci il mart hadisələrində adıçəkilən şəxslərin əlləri qana bulanıb, 10 nəfər dinc sakin mitinqlər zamanı öldürülüb, çoxlu sayda insan xəsarət alıb: “Ona görə də bu insanları həbs etmək, barələrində cinayət işi açmaq məqsədəuyğun addımdır. Təbii ki, Paşinyan bu hadisəni bəhanə edib öz rəqiblərini səhnədən götürür. Səbəbindən asılı olmayaraq, bu canilərə uzunmüddətli həbs cəzası verilməsi bizim maraqlarımıza cavab verir. Bunları xaricdən dəstəkləyən və havadarlıq edənlər də var. Ancaq bu, proseslərə təsiri göstərməyəcək. Hazırda yeni hakimiyyətə gəlmiş siyasətçilər bu məsələdə israrlıdır və məncə, müəyyən nöqtə qoyulacaq”.

Politoloq vurğulayıb ki, Ermənistanda “Qarabağ klanı”nın nümayəndələri o qədər də çox olmadığından əks-hücum gözlənilmir: “Düşünmürəm ki, bu məsələ Dağlıq Qarabağda müxtəlif qruplaşmaları maraqlandırsın. Çünki Respublikaçılar Partiyasının mövqeləri zəifləyib, nüfuzu o qədər aşağıdır ki, onlarla hesablaşan yoxdur. Nəticədə yeni siyasi hakimiyyət elə bu dalğadan istifadə edib həmin insanları həbs edib. Şübhəsiz ki, onlar canidir və uzunmüddətli cəza alacaqlar”.

Qeyd edək ki, Ermənistan baş prokurorunun köməkçisi Qor Abramyan məlumat verib ki, baş prokurorluq keçmiş prezident Robert Köçəryan, keçmiş müdafiə naziri Seyran Ohanyan və digər şəxslərin qətliamda iştirakını təsdiqləyib.


Müəllif: Nərgiz

Oxşar xəbərlər