“Venesuelada vəziyyət artıq nəzarətdən çıxmağa başlayıb”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Azər Qasımlı deyib.
Onun sözlərinə görə, ölkə vətəndaş müharibəsi astanasındadır:
“Bölgədə ikinci Suriya yaranması ehtimalı var. Hazırda vəziyyət elədir ki, nə Maduro, nə Quaydo legitimdir. Birincisi formal olaraq prezidentdir, lakin bürokratiya və ordu əsasən onu dəstəkləyir, arxasında bir neçə ölkə durur. İkincisi hüquqi olaraq prezident olmasa da, ortada böyük xalq kütləsi və onu prezident kimi tanıyan ölkələr var.
Yeganə çıxış yolu beynəlxalq təşkilatların keçirəcəyi və bütün dünyanın nəzarət edəcəyi azad və demokratik prezident seçkiləri və ya referendumdur.
Hər iki tərəf buna getməlidir. Əks təqdirdə ölkənin xaosa sürüklənəcəyi ehtimalı olduqca yüksəkdir”.