4 May 2019 09:28
2 031
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qazaxıstanın Almatı və Nur-Sultan şəhərlərində keçirilən aksiyaların xaricdən mövcud hakimiyyətə qarşı hazırlanmış ssenarinin bir hissəsi olduğuna şübhə yoxdur. Çünki Nursulatan Nazarabayevin istefa etməsi, qarşıdan gələn prezident seçkilərdə xarici güclərin təsirini azaltmağa, daxildə mərkəzdənqaçma meyllərini önləməyə hesablanmışdı”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspertin fikrincə, kənar müdaxilələrin qarşısını almağa cəhd edən sabiq prezident Nursultan Nazarbayev istefadan əvvəl seçkilərin tarixini önə çəkdi:

“Baş verən etiraz aksiyaları Nazarabayevin haqlı olduğunu göstərdi. Nazarbayev Qərblə Rusiya arasında tarzalıq yaradaraq ölkəsində siyasi stabilliyi təmin edə bildi və bununla həm də Rusiyanın geosiyasi maraqlarını nəzərə aldı. Buna görə də düşünürəm ki, Qazaxıstanda başlayan total aksiyalar effektli olmayacaq.

Bundan əlavə, ölkədə müəyyən daxili qüvvələr var ki, onlar indiki prezident Qasım-Comart Tokayevin prezidentliyini qəbul etmir. Bu qüvvvələr Moskvaya bağlı qüvvələrdir. Rusiya Tokayevin Qərblə əməkdaşlıqda təcrübəli siyasətçi olduğunu bilərək, gələcəkdə onunla işləməyin çətinliyini dərk edir. Buna görə də bu kimi aksiyaların qızışdırılmasında maraqlıdır”.

Məhəmməd Əsədullazadə hesab edir ki, Tokyayevin prezidentliyi dönəmində Rusiya ilə əlaqələrdə müəyyən probelmlər yarana bilər:

“Bu baxımdan, Moskvanın Qazaxıstanın şimalında yaşayan ruslara Rusiya pasportları paylaması mümkündür. Digər yandan, Qazaxıstan Çin, Rusiya və ABŞ-ın maraqlarının toqquşduğu ölkədir. Nazarbayev 3 güc arasında manevr edərək, ölkədə siyasi stabillik və inkişafa nail olmuşdu. Tokayevin isə bu balansı saxlaya biləcəyi bir qədər problematik görünür.

Rusiya və Çin bilmək istəyir ki, Tokayev Qərbə yönələcək, ya əks istiqamətə? Hesab edirəm ki, Moskva və Pekin Qazaxıstandan bununla bağlı təminat almaq istəyir. Qazaxıstanda sabitlik pozularsa, bu digər Orta Asiya ölkələrinə keçəcək. Bu halda İŞİD kimi radikal terror təşkilatların bölgədə fəallaşması istisna deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər