11 May 2019 12:13
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanda bəzi azsaylı qüvvələr var ki, ölkəmizin möhtəşəm inkişafına böhtan atır, yalanla, iftira ilə ölkəmizin inkişafına kölgə salmağa çalışırlar”.

Bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqı bu cür cəhdlərə inanmır: “Çünki insanın öz gözü ilə gördüyünü nə qədər bəlağətli şəkildə təhrif etməyə çalışsan da bu, bir nəticə verməyəcək. Azərbaycan gözlərimizin önündə ən azı son 15 ildə nə qədər dəyişib. Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Dünyanın ən möhtəşəm idman tədbirləri Bakı şəhərində keçirilir. Əgər ölkəmiz inkişaf etməsəydi, dəyişməsəydi, əzamətli tədbirlərin keçirilməsi üçün infrastruktur olmasaydı belə tədbirlərin harda keçirilməsi sualı ortaya çıxanda Bakı heç kimin yadına düşməzdi".

Ə.Əhmədov qeyd edib ki, Azərbaycan və paytaxt Bakı bu gün dünyanın diqqət mərkəzindədir: “Bu gün insanların da həyatı və düşüncələri dəyişir. Ölkəmiz müasirləşdikcə insanlarımız da müasirləşir. Bütün bunların fonunda kimlərinsə Azərbaycanın reallıqlarını təhrif etməyə çalışması, böhtan atması bir vətəndaş olaraq hamımızın qəlbini incidir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər