Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovla Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında qısa görüş olub.
Teleqraf.com "Report"-a istinadən xəbər verir ki, görüş Avropa İttifaqı (Aİ) və "Şərq Tərəfdaşlığı" Proqramının altı iştirakçı ölkəsinin Xarici İşlər nazirlərinin toplantısı çərçivəsində baş tutub.
E.Məmmədyarov və Z.Mnatsakanyan ayaqüstü söhbət ediblər.