14 İyun 2019 21:22
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Moldovada siyasi böhran çözüldü. Demokrat Partiyasının lideri, oliqarx Vlad Plaxotnyuk ABŞ səfiri Derek Hoqan (əvvəl Azərbaycanda çalışıb) ilə görüşdən sonra hakimiyyəti yeni hökumətə təhvil verməyə razılaşdı. Demokratik Partiya müxalifətə keçir. Beləliklə, ölkədə qərbyönümlü ACUM bloku və Rusiyaya yaxın sosialistlərin koalisiyasından ibarət maraqlı bir siyasi simbioz ortaya çıxdı. Baş nazir vəzifəsini ACUM liderlərindən Maya Sandu tutdu. Kabinetdə 10 nazirdən cəmi 2-si sosialistdir. Xarici işlər, daxili işlər, maliyyə, təhsil kimi strateji nazirliklər ACUM-un əlindədir. Parlament sədrliyi isə sosialistlərə verildi".

Teleqraf.com xəbər verir ki, bu fikirlər siyasi şərhçi Şahin Cəfərliyə məxsusdur.

Onun sözlərinə görə, hökumət proqramında avrointeqrasiyanın davam etdiriləcəyi yazılıb: "Ən vacib məqam isə 3 geopolitik mərkəz - ABŞ, Avropa Birliyi və Rusiyanın Moldovada rəqabəti təxirə salıb, anlaşmasıdır. Mən önümüzdəki dönəmdə Dnestryanı münaqişənin həllində də ciddi tərəqqi gözləyirəm. Bu "troyka"nın Ukrayna və Gürcüstanın taleyi ilə bağlı oturub razılığa gəlməsi də istisna deyil".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər