“Ötən həftə Qüdsdə ABŞ, İsrail və Rusiyanın milli təhlükəsizlik şuralarının baş katibləri görüşdü. Görüşdə əsasənŞ İranın Yaxın Şərqdəki genişlənən hərbi fəaliyyəti və Suriya məsləsi müzakirə edildi. Bu görüşdə tərəflərin ümumi məxrəcə gəlməsi, ötən gecə İsrail ordusunun Suriyada İran və “Hizbullahı”n hərbi obyektlərinə zərbə endirməsi müzairə mövzusu oldu. Hücumda İranın zərbə altına qalmasına, Rusiya seyrçi qaldı”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspertin fikrincə, Suriyada terror təşkilatlarına qarşı müharibə böyük ölçüdə bitib:
“Artıq İran burada Rusiyaya lazım deyil. Buna görə də Rusiya İranı Suriyada qurban verir. Qüds görüşündə İranın Suriyada davamlı zərbə altına saxlanılması razılaşdırlıb. Beləliklə, Rusiya öz müttəfiqi olan İranı Suriyada yarıyolda qoydu”.