“NATO Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərdə “narıncı inqilab” hazırlayır”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya təhlükəsizlik şurasının köməkçisi Rəşid Nurqaliyev deyib:
“Üçüncü ölkələrin NATO ilə əməkdaşlığının Rusiyaya qarşı olduğunu xatırlatmaq istəyirəm. Bunun kifayət qədər sübutu var, NATO-nun məqsədi KTMT müttəfiqləri arasında anlaşılmazlıq yaratmaqdır”.
Rusiyalı iqtisadçı Mixail Xazin isə hesab edir ki, yaxın aylarda Gürcüstan, Moldova və Çex Respublikasında cəhd edilən dövlət çevrilişləri cəhdi nəticə verməyib.
Ekspert ABŞ-ın çevriliş cəhdlərində aktiv rol aldığını bildirib.