7 İyul 2019 11:07
1 002
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyası öz işini davam etdirir.

Teleqraf.com xəbər verir ki, sessiyanın keçirilməsi üzrə Təşkilat Komitəəsinin sədri, mədəniyyət naziri ilk olaraq bu gecə 88 yaşında dünyasını dəyişən məşhur braziliyalı musiqiçi Joao Jilbertonun xatirəsinin bir dəqiqəlik sukutla yad edilməsini təklif edib. O qeyd edib ki, Joao Jilbertonun ölümü bütün bəşəriyyət üçün böyük itkidir:
“Joao Jilberto populyar musiqi üslubu olan bossa-novanın yaradıcılarından biri idi. Biz onun ölümünü böyük itki kimi qəbul edirik”.
Joao Jilbertonun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Braziliya nümayəndə heyətinin rəhbəri çıxış edərək Joao Jilbertonun özünəməxsus musiqi üslubunun olduğunu bildirib:
“O, bütün dünyada tanınırdı. Joao Jilberto bizim üçün böyük ədəbiyyat, incəsənət irsi qoyub gedir. Cənab sədr, biz Joao Jilbertonun xatirəsinin yad edilməsinə dair təşəbbüsünüzü yüksək qiymətləndiririk”.


Müəllif: Səxavət

Oxşar xəbərlər