Biz durub deyəndə ki, bu xaricdə özlərinə “siyasi mühacir” deyənlər müəyyən antimilli qruplardan aldıqları pullari yeyib dağıtmaqla məşğuldurlar, Əli Kərimlinin trolları üstümüzə hücum çəkib olmazın söyüşlərini yağdırırdılar bizə.
Yenə gəncləri anlamaq olar, cahildirlər, beyinləri qandır, nə etdiklərini bilmirlər. Amma yaşlı – başlı adamların söyüş maşınına çevrilib trolluq etməsi adama yer edir. Demək ki, illərdir bu insanlar özlərinə bir yer tapa bilməyib ən sonunda bu formatda qərar tuta biliblər. Bu trolların isə hərdən miqrant, qrant və digər maxenasiyaları üstündə elə davaları düşür ki, Allah göstərməsin. Azərbaycandan onsuz da bir birilərini “satqın”, “agent” adlandırmağa alışdığımız bu müxalif “dostlarımız” hələ görün “azalığı beşiyi” saydığı Avropada nələr deyirlər bir – birilərinin ünvanına… Təhqirin,söyüşün biri bir qəpik…
Nələr çıxmır ki, ortaya, bütün illər boyunca Avropada kimin əli kimin cibində olub bircə anda səsləndirilir. Zaman – zaman Xədicə İsmayıl – Sevinc Osmanqızı, Məhəmməd Mirzəli – Tural Abbaslı, Meydan tv – Əli Kərimli çevrəsi arasında yaşanan bu miqrant və qrant çəkişmələrinə dünən gecədən biri daha əlavə olundu. Avropada yaşayan Əli Oğuz(Həsənıəliyev) Avropada hamını vurdu bir – birinə , AKM demədi, Anar Orucov demədi, İnqilab Kərimov demədi, hamının bütün çirkli tərəflərini qoydu ortaya. Həm də, sübutlarla, dəlillərlə. Həmin haqq – hesabların içində Fransada yaşayan İnqilab Kərimovun adının xüsusi ilə hallandırılması məncə təsadüf deyil. İnqilab Kərimovun adı az – çox siyasi prosesləri izləyənlərə yaxşı tanışdır. Məsələ təkcə İnqilab Kərimovun AXCP sədri Əli Kərimlinin əmisi oğlu olması ilə əlaqəli deyil, eyni zamanda zaman – zaman İnqilab Kərimovun baş kəsib qan töküb ad çıxarmağa meylli olması da ayrı bir müzakirənin mövzusudur. İ.Kərimovun elə sosial mediadakı profilini izləmək mümkündür ki, bu şəxsin nə qədər “dərin” eridusiyaya malik olduğunu görəsən. Ancaq bizim konumuz başqadır. Əli Oğuz iddia edir ki, onun haqqında Avropada mənfi fikir formalaşdıran şəxslərin başında dayananlardan biri də həmin bu İnqilab Kərimovdur.
Və dalınca Ə.Oğuz iddia edir ki, İ.Kərimov Fransada anti Azərbaycançı dairələrdən əldə olunan pulları sağa – sola, eyş – işrət məclislərinə xərcləyir. Və dalınca da bir video paylaşılır ki, həmin videoda İnqilab Kərimov (Əli Kərimlinin əmisi oğlu), Məhəmməd Mirzəli və Seyran Rəfiyev bütün dünyaya özlərini haqq-ədalət carçısı, demokratiya əzabkeşi kimi sırısalar da, harın məmur balalarının etdiyini edir, kef məclisində pul səpirlər.
Həm də bu, o hal deyil ki, onların bu videosu gizli çəkilmiş olsun. Bu adamlar bu görüntülərini bilə-bilə çəkdirir, öz aləmlərində kimlərəsə mesaj göndərirlər, “bizim erməni dəyirmanına su tökməyimizə nə ehtiyac var” deyə, əllərində çoxlu pul olduğu sərgiləyirlər. Müxtəlif mənbəələrdən əldə olunan məlumatlara görə, “Köhnə dostlarım” mahnısının sədaları altında şabaş atılan bu pulların bir hissəsi Bakıda “siyasi məhbus” kimi qələmə verilən müxtəlif vaxtlarda ictimai asayişi pozduqları üçün həbs olunanların ailələrinə çatdırılmaq üçün yığılan puldursa, digər bir hissəsi də saxta miqrant vəsiqələrinin satılmasından əldə olunan pullardır. Yəqin ki, bu pulların bir qismi Əli Kərimlinin kurasiyasındadır ki, əmisi oğlu İnqilab Kərimov belə rahat şabaş kimi pulları göyə səpələyə və eyş – işrətə xərcləyə bilir.
Əli Oğuzun iddialarına İnqilab Kərimov sosial media profilində bir neçə statusla cavab verib, lakin iddiaların sahibi dünənki canlı yayında bildirib ki, hətta o, bu statusların İnqilab Kərimov tərəfindən yazıldığına belə inanmır. Göründüyü kimi, illərdir öz içlərində belə bir araya gələ bilməyən radikal müxalifət şəxsi mənafelərini hər şeydən, hətta milli maraqlardan belə üstün tutduqları üçün hər addımbaşı bir birilərini günahlandırır, “agent”, “şipyon” axtarışına çıxırlar. Bu yeni hal deyil və dəyişəcəyinə güman belə yoxdur. Gözləyək görək, miqrant və qrant davalarında özləri özlərini nə vaxt yeyib bitirəcəklər?! Ən azından canımız bu söyüş maşınlarından xilas olardı…
Oqtay Hacımusalı