4 Sentyabr 2019 14:14
1 494
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənişünas alim, Ərciyəz Universitetinin azərbaycanlı professoru Qafar Çaxmaqlı Teleqraf.com-a müsahibə verib.

Qafar Çaxmaqlı hesab edir ki, erməni dilini bilmədən Ermənistanla ideoloji və təbliğat mənasında mübarizə yarımçıq sayılır.

Ermənistanda Azərbaycan və türk dili probleminin olmadığına diqqət çəkən Qafar Çaxmaqlı ermənilərin bizi dərin araşdırdığını vurğulayıb.

Onun sözlərinə görə, hazırda Türkiyənin özündə açıq şəkildə türklərin əleyhinə erməni müəlliflərin kitabları çap edilir.

Ermənişünas alim bir azərbaycanlının Moskvadan gəlib Türkiyədə erməni dilini öyrəndiyini qeyd edib.

Ermənişünaslığın öyrənilməsinin vacibliyinə toxunan Qafar Çaxmaqlı ilə müsahibənin geniş videosunu təqdim edirik:


Müəllif: Nərgiz Ehlamqızı

Oxşar xəbərlər