4 Sentyabr 2019 16:44
588
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatları - ATƏT Parlament Assambleyasının vitse-prezidenti, ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun sədri Azay Quliyev sabah İsveçrəyə səfər edəcək.

Teleqraf.com xəbər verir ki, Azay Quliyev ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun Andermat şəhərində keçiriləcək “Bir kəmər, bir yol təşəbbüsü: davamlı inkişaf məqsədlərinin aparıcı qüvvəsi kimi” adlı beynəlxalq konfransda iştirak edəcək.

Tədbirdə Azay Quliyev “Qrupumuz ATƏT dəyərlərinin aparıcı qüvvəsi olaraq” mövzusunda giriş sözü ilə çıxış edəcək.

Azay Quliyevi müşayiət edən deputat Tahir Mirkişili isə “Davamlı maliyyələşdirmə və risklərin azaldılması” adlı məruzəsini təqdim edəcək.

Konfransda “Uğura aparan yol – dayanıqlı infrastruktur”, “Yaxşı idarəetmə, şəffaflıq və korrupsiyaya qarşı mübarizə”, “Gələcəyin qurulması” mövzularında müzakirələr aparılacaq.


Müəllif: Cavad

Oxşar xəbərlər