11 Sentyabr 2019 11:17
1 319
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların "Azərbaycanda siyasi proseslərə xarici müdaxilə meyilləri" mövzusunda dəyirmi masası öz işinə başlayıb.

Teleqraf.com xəbər verir ki, tədbiri Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı açıb.

O bildirib ki, dəyirmi masa iştirakçılarına AVP tərəfindən hazırlanan sənəd tədim edilib:

“Biz istərdik ki, yekunda hamımızın iradəsini ifadə edən sənəd qəbul edilsin. İki ilə yaxındır ki, Azərbaycana qarşı xarici təhdidlər artıb. Azərbaycanın nüfuzu qalxdıqca anti-Azərbaycan qüvvələri fəallaşıb. 2016-cı ilin aprelində Azərbaycan ordusu fəallıй nümayiş etdirib, az sonra Naxçıvanda irəliləyiş əldə edilib. Bundan sonra erməni lobbisi Azərbaycana qarşı fəaliyyətini gücləndirib. Bu gün hər kəsə bəllidir ki, diplomatik sahədə Ermənistan Azərbaycana uduzub. Ermənilər düşünürlər ki, necə etmək lazımdır, Azərbaycan zəifləsin? Azərbaycanı daxildən sarsıtmaq. Bunun üçün onlar başqa bir formadan istifadə edirlər və buna nail olurlar. Azərbaycandan Qərbə gedən, orada məskunlaşan iradəsi zəiflərin bir çoxunu ələ alaraq Azərbaycana qarşı istifadə edirlər, azərbaycanlıların əli ilə ölkni daxildən sarsıtmaq istəyirlər. Bu şəxslər dövlət adamları, deputatlar, prezident, onun ailəsinə qarşı təhqirlər yağdırır, dövlətin üzərinə ləkə ataraq onu zəiflətməyə çalışırlar. Hətta ayrı-ayrı dövlət başçılarına müraciət edirlər, xalqı inqilaba çağırır, ölkə müxalifətini aşağılayaraq, özlərini müxalifət elan edirlər. Beləcə ermənilərin maraqlarına xidmət edirlər. Ona görə də siyasi partiya, vətəndaş cəmiyyəti, media kapitanlaarı olaraq, bizim üzərimizə böyük məsuliyyət düşür. Biz xalqın, dövlətin yanında olmalıyıq. Bu niyətlə sizi tədbirə dəvət etmişik. Ümidvaram ki, siz bu məsələ ilə bağlı fikirlərinizi səsləndirəcəksiniz”.

Xalq Partiyasının sədri Pənah Hüseyn deyib ki, ATƏT-in Minsk Qrupu Qarabağda keçirilən seçkilərlə bağlı qərar qəbul edilib: "Mən təklif edirəm ki, müzakirəyə keçməzdən əvvəl bu seçkilərlə bağlı vahid mövqe ifadə edək. Sonra müzakirələrimizi davam etdirək".

VİP sədri Əli Əliyev təklif edib ki, redaksiya heyəti yaradılsın və təkliflər nəzərə alınsın.

YAP sədrinin müavini Əli Əhmədov bildirib ki, siyasi proselsərdə xarici təsirlərin qarşısını almaq üçün siyasi partiyaların birgə fəaliyyət aparması ideyası dəstəklənməlidir: “Mən, burada bir məsəl çəkmək istərdim. 1993-cü ilin fevralında Heydər Əliyev YAP fəalları ilə görüşərkən bəzi gənclər Elçibəy haqqında xoşagəlməz fikirlər səsləndirdi. Heydər Əliyev sözü kəsərək elan etdi ki, Elçibəy prezident olub, o, iqtidarın siyasəti tənqid edilə bilər, amma şəxsiyyətin alçaldılmasına yol vermək olmaz. Mən bu sözləri ona görə deyərəm ki, bütün siyasi partiyalar bu nümunədən istifadə etməlidir. Qeyd edim ki, ölkə prezidenti, deputatlar bu ölkənin vətəndaşı olmalıdır. Siyasi partiyalar ölkə daxilində qurula bilər. Bu ona görədir ki, ölkənin maraqlarına xarici təsirlər olmasın. Bütün dunyada bu normalar mövcuddur və buna uyğun siyasi fəaliyyət göstərilir. Son dövlər Avropada mühacir adı ilə sığınacaq alan şəxslər siyasi proseslərdə aktivlik göstərirlər.

İkincisi, xaricdən sığınacaq alan və dövlətin hesabına dolanan şəxslərin geniş siyasi fəaliyyət göstərmək imkanı yoxdur. Belə şəxslər istəməsələr belə, xarici maraqlı qüvvələrin təsiri altına düşməyə məhkumdurlar, eləcə də xarici xüsusi xidmətlərə açıqdırlar. Odur ki, belə insanların Azərbaycan siyasətinə təsir etmək cəhdi xarici qüvvələrin ölkəmizə təsir etməyi qədər təhlükəlidir. Digər ehtimallar da bizim bu fikrə gəlməyimizi qaçılmaz edir. You Tube kanalında ən azı 10 min izləyəci hesabına maliyyə dəstəyi əldə edilməsi haqda fikirlər əsassızdır. Bunu istənilən mütəxəssislə söhbətləşib aydınlaşdıra bilərsiniz. 2003-cü ildə Milli Demokratiya İisititutunun nümayəndəliyi layihə həyata keçirməyə başlamışdı. Partiyaların gənc nümayəndələri üçün təlimlər keçdilər. Birinci YAP-dan başladılar. Bizim gənclərə təklif etdim ki, sabah müxalifətin təlimində də iştirak edin. Amma bizim gəncləri ora buraxmadılar. Sonra təşkilatçılar bizim yanımıza gəlib dedilər ki, niyə bizə imkan vermirsiniz, müxalifətin təlimlərini keçirək. Mən də dedim ki, bizim gənclər sizin verdiyiniz bilgiləri daha dərindən öyrənmək məqsəddilə ora gəliblər. Yəni belə bəlli oldu ki, müüxalifət üçün demokratiyaya dair seminar bir, iqtidar partiyası üçün başqa cür keçirilir.

Hesab edirəm ki, biz xaricdə başladılan kaampaniyaya "yox" deməyi bacarmalıyıq. Onlar kimi hədəfə alırlar? Əsas hədəf ölkə prezidentidir. Niyə? Çünki prezidentin apardığı siyasət nəticəsində Azərbaycan dövləti inkişaf edib, güclənib. Bu siyasət dövlət və milli maraqlara xidmət edir. Bu mənada dövlətə təsir etmək üçün prezidenti nüfuzdan salmaq və bunu azərbaycanlıların əli ilə etmək istəyirlər.

Son zamanlaar bu qruplar Ermənistanı təbliğ edirlər. Ermənistanın demokratik düşüncəli lideri olduğu görüntüsü yaradılır. Ermənistanın Azərbaycana qarşı istifadə etdiyi əsas tezis odur ki, demokratik düşüncəli ermənilər demokratik düşüncədə olmayan azərbaycanlılarla bir yerdə yaşaya bilməz. Və ya ordumuzun döyüş qabiliyyətinin üzərinə kölgə salmaq istiqamətində təbliğat aparırlar. Bu da Azərbaycanın milli maraqlarına qarşı aparılan işdir. Və ya seçkilərdə iştirak etməməyə dair səsləndirilən fikirlər. Bütün bunlarla əlaqədar bizim hər birimizin, sağlam düşüncəli partiyaların, ictimai hərəkatların sağlam mövqedə durması lazımdır. Vahid milli mövqenin ortaya qoyulması, siyaasi proseslərdə xarici təsirlərə qarşı iradə mühüm əhəmiyyət kəsb edir. İnanıram ki, bu tədbirdə bütün siyasi və ictimai qurumlar vahid mövqe ortaya qoyacaqlar”.


Müəllif: Cavad