17 Sentyabr 2019 23:19
404
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qəni Azərbaycana səfər edəcək.

Bu barədə Əfqanıstanın Azərbaycandakı səfiri Xeyrullah Spelenay ölkəsinin müstəqilliyinin 100 illiyinə həsr olunmuş rəsmi qəbulda bildirib.

O, dövlət başçısı və xarici işlər naziri Səlahəddin Rəbbaninin oktyabrın 25-26-da Qoşulmama Hərəkatının sammitində iştirak etmək üçün Bakıya gələcəyini qeyd edib.

Diplomat sözügedən tədbirin terrorçuluqla mübarizə sahəsində beynəlxalq həmrəyliyi daha da gücləndirəcəyini də vurğulayıb.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər