18 Sentyabr 2019 10:55
2 646
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Almaniya parlamentinin deputatı Helin Evrim Sommer Tvitterdə Ermənistan baş naziri Nikol Paşinyanla bağlı paylaşım edib. O, paylaşımıda bildirir ki, Paşinyanın “Qarabağ Ermənistandır” bəyanatı sülh prosesinə əngəl törədir, Madrid prinsiplərinə əsasən Qarabağın statusu sonuncu mərhələdə müəyyənləşməlidir”.

Teleqraf.com xəbər verir ki, bu barədə politoloq Zaur Məmmədov məlumat verib.

Ekspertin sözlərinə görə, alman deputat illərdir Bakının dediyini bird aha təkrarlayıb:

“Bu yaxınlarda ATƏT in Minsk qrupunun həmsədrlərinin bəyanatında da danışıqlar masasında Madrid prinsiplərinin olduğu açıq şəkildə qeyd olunurdu. Ermənistan vaxtilə Madrid prinsipləri ilə razılaşmalı olub. Bu həll yoluna əsasən münaqişə mərhələli şəkildə həllini tapmalıdır.

İlk mərhələdə, işğal altındakı 5 rayon Azərbaycana qaytarılır. Sonrakı mərhələlərdə 2 rayonlanun qaytarılması məsələsinə baxılır, məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. Kommunikasiya xəttləri açılır. Sonda isə Dağlıq Qarabağın statusuna aydınlıq gətirilir”.

Zaur Məmmədov qeyd edib ki, Paşinyan hakimiyyətə gələndən sonra masa üzərində olan bütün razılaşmaları alt -üst edərək sülh prosesinə xələl gətirdi:

“Dünya bilməlidir ki, Paşinyanın danışıqlar masasındakı razılaşmaları pozması, onun “Qarabağ Ermənistandır və nöqtə” bəyanatları regionda sülh və humanizm dəyərlərinə zərbə vurur. Belə olan təqdirdə, rəsmi Bakı beynəlxalq hüquqa uyğun olaraq, beynəlxalq təşkilatların münaqişəyə dair qərar və qətnamələri əsasında BMT tərəfindən tanınan 86.6 min kvadrat kilometrlik ərazisinin işğal altındakı hissəsini erməni silahlılarından təmizləyə bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər