23 Sentyabr 2019 22:45
1 148
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan dünya ictimaiyyətindən Ermənistanı Azərbaycanın işğal olunmuş ərazilərindən geri çəkilməyə məcbur etməsini tələb edir.

Teleqraf.com xəbər verir ki, Pakistanın Xarici İşlər naziri Şah Mahmud Qureşi İslam Əməkdaşlıq Təşkilatının BMT Baş Məclisi çərçivəsində keçirilmiş qrup görüşündə dünyanın Ermənistana Azərbaycan ərazilərini azad etməsi və işğala son qoyması üçün daha çox təzyiq göstərməsini tələb edib. O qeyd edib ki, Pakistan Azərbaycanı dəstəkləyir və Ermənistan kimi təcavüzkar qüvvələrin dünyadakı əsas güclər tərəfindən sərt şəkildə qınanılmadığı təqdirdə sülhü bərqərar etmək mümkün olmayacaq.

Mahmud Qureşi əlavə edib ki, Dağlıq Qarabağ on illiklər boyunca insanların əzab-əziyyət çəkməsinə səbəb olmuş bir yanar atəşdir. Kəşmir və Dağlıq Qarabağ oxşar hallarla üzləşib. Nazir Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağı dərhal tərk etməsini tələb edib.


Müəllif: Teleqraf.com