BMT Baş Məclisinin 74-cü sessiyasında Ermənistanın Baş naziri Nikol Paşinyan çıxışı ilə politologiya elmində hələ indiyədək kimsənin eşitmədiyi qondarma terminlə çıxış edib.
Teleqraf.com-un məlumatına görə, bu sözləri politoloq Aydın Quliyev deyib.
O, Paşinyanın politologiya elminə gətirdiyi əcaib və anlaşılmaz terminə dünya politoloqlarının susmasının anlaşılmaz olduğunu qeyd edib: “Başdan-ayağa Qarabağ probleminin mahiyyətini saxtalaşdıran bir çıxışdır, adamın saxtakarlığını başa düşdük, təəssübkeş bir erməni kimi öz milləti üçün mümkün qədər saxtakarlıq etməyə çalışır. Amma adam BMT tribunasında deyir ki, Rusiya bizim strateji müttəfiqimiz, ABŞ strateji tərəfdaşımız, İran və Gürcüstan isə strateji qonşumuzdur. Ay dünyanın və Azərbaycanın həqiqi politoloqları, oxuduğunuz elmdə ,yazdığınız kitablarda “strateji qonşu” termininə termininə rast gəlibsinizmi?! Paşinyana savad verin...”, - deyə politoloq qeyd edib.