13 Noyabr 2019 09:05
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda cəbhə zonasında nisbi sabitlik olsa da, heç kim bunun davamlı olacağına zəmanət vermir.

Bu sözləri Teleqraf.com-a açıqlamasındahərbi ekspert Azad İsazadə deyib.

O, Ermənistanın Baş naziri Nikol Paşinyanın bəyanatlarının strateji deyil, taktiki xarakter daşıdığını bildirib: “İlk dəfə Paşinyanın hakimiyyəti dövründə Yerevan-Bakı arasında naməlum telefon əlaqəsi yaranıb. Atəşkəs pozulanda hansısa məlumatlar verilir”.

Azad İsazadə qeyd edib ki, XXI əsrdə daxili və xarici siyasət arasında böyük fərq yoxdur: “Hər şey eşidilir və yayılır. Paşinyan praktiki Azərbaycana əksarqument verir. Şantaj və şərt qoydu, reallıqda cavabını da aldı”.

Ekspert Ermənistanda qaşıdurma vəziyyəti yarandığını bildirib. Onun fikrincə, “seçki” keçirilməyənə qədər vəziyyət sabitləşməyəcək.


Müəllif: Nərgiz

Oxşar xəbərlər