Böyük Britaniya Xarici İşlər Nazirliyi ölkə vətəndaşlara İraqa və İrana səyahət etməməyi tövsiyə edib.
Teleqraf.com xəbər verir ki, buna səbəb Qasım Süleymaninin öldürülməsindən sonra bölgədə vəziyyətin gərginləşməsidir.
“İran generalı Süleymaninin öldürülməsi ilə əlaqədar bölgədə gərginlik artıb, buna görə də ingilislər İraqa və İrana bütün səfərlərdən çəkinməlidirlər”, – deyə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunur.
“Bölgədəki İngiltərə vətəndaşlarını ayıq olmağa və medianı yaxından izləməyə çağırırıq”, – deyə sonda bildirilir.