Rusiya müdafiə naziri Sergey Şoyqu ilə Türkiyə kəşfiyyatının (MİT) rəhbəri Hakan Fidan Yaxın Şərq regionunda gərginliyi azaltmaq mövzusunda müzakirə aparıb.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.
Açıqlamada qeyd edilir ki, Sergey Şoyqu ilə Hakan Fidan arasında telefon müzakirəsi baş tutub. İki ölkənin rəsmisi Yaxın Şərqdə və Afrikanın şimalında artan gərginliyi azaltmağın yollarını müzakirə edib.
Habelə Moskva və Ankaranın birgə ata biləcəyi addımlar haqqında fikir mübadiləsi aparılıb.