8 Yanvar 2020 17:30
851
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisə fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərlə bağlı dairə seçki komissiyalarına 2381 nəfər müraciət edib.

Teleqraf.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının iclasında komissiyanın sədri Məzahir Pənahov bildirib.

O qeyd edib ki, onlardan 2270 nəfərin namizədliyi təsdiq olunub: “2149 nəfər imza vərəqi götürüb. 1041 nəfər imza vərəqələrini, həmçinin, digər zəruri seçki sənədlərini DSK-lara geri qaytarıb. Bu günədək 617 nəfərin namizədliyi qeydə alınıb”.

M.Pənahov bildirib ki, imza vərəqlərini və digər zərur seçki sənədlərini geri qaytaran 1041 nəfərdən 195-i 16 siyasi partiyanı təmsil edir, 8 nəfərin namizədliyi təşəbbüs qrupu tərəfindən, 838 nəfər öz təşəbbüsü ilə namizədliyini irəli sürüb.

MSK sədri qeyd edib ki, qeydə alınan 617 nəfərdən 322-i 20 siyasi partiyanı təmsil edir: “Bu, bir yerə 5 nəfərə yaxın namizəd deməkdir. Qeydə alınan namizədlərdən 149 nəfəri 14 siyasi partiyanın siyahısı üzrə irəli sürülüb. 6 nəfərin namizədliyi təşəbbüs qrupu tərəfindən, 462 nəfər isə öz təşəbbüsü ilə namizədliyini irəli sürüb. Ümumilikdə, 617 namizəd arasında 24 siyasi partiyaya mənsub olanlar var”.

MSK sədri onu da bildirib ki, namizədliyin qeydə alınması üçün müddət yanvarın 10-da başa çatacaq:
“Yanvarın 10-u, saat 18:00-dək sənədlər DSK-lara qaytarıla bilər. Hesab edirəm ki, bu rəqəmlər indiyədək olan rekrod rəqəmlərdir. Bu günün rəqəmləri bura daxil deyil. Yanvarın 17-i, saat 18:00-dək DSK-ların vaxtı var ki, imza vərəqlərini doldurub təqdim etmiş şəxslərin namizədliyini qeydə alısınlar”.


Müəllif: Səxavət

Oxşar xəbərlər