İsrail polisi 5 Finlandiya vətəndaşını saxlayıb.
Teleqraf.com xəbər verir ki, saxlanılan şəxslər Fələstindən İsrail ərazilərinə qanunsuz olaraq keçməyə cəhddə ittiham edilib.
Saxlanılanlardan birinin Finlandiya parlamentinin deputatı olduğu bildirilib. Olaydan sonra İsrail Xarici İşlər Nazirliyi açıqlama yayaraq, Finlandiya vətəndaşlarını ölkə qanunlarını pozmamağa çağırıb.
Finlandiyanın İsraildəki səfirliyi isə deputatın saxlanılması ilə bağlı açıqlama verməkdən imtina edib.