Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 21 saylı Nəsimi birinci seçki dairəsindən öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Həsənov Rəşid Cəmşid oğlunun müraciətinə baxılıb.
Teleqraf.com-un məlumatına görə, bu barədə MSK-nın üzvü İlkin Şahbazov məlumat verib.
İ.Şahbazov bildirib ki, H.Rəşid Cəmşid oğlunun namizədliyinin qeydə alınmaması ilə bağlı dairə seçki komissiyasının qərarı əsassızdır.
Araşdırma nəticəsində namizədliyini irəli sürmüş şəxsə məxsus olduğu iddia edilən avtomobilin sadəcə, onun istifadəsində olduğu sənədlərlə təsdiq olunub.
MSK DSK-nın qərarını ləğv edib və H.Rəşidin deputatlığa namizədliyi qeydə alınıb.