9 Fevral 2020 15:32
486
12 Punto 14 Punto 16 Punto 18 Punto

Slovakiya Dumasının deputatı, Azərbaycan-Slovakiya Dostluq Qrupunun sədri Peter Marcek 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 22 saylı seçki məntəqəsində seçkiləri müşahidə edib.

Peter Marcek bildirib ki, bu gün 7 məntəqədə seçkiləri izləyib: "Bir neçə rayonda məntəqələrdə oldum, seçkinin gedişini izlədim. Seçkilər demokratik səviyyədə keçirilir, heç bir pozuntuya rast gəlmədim".

Marcek Azərbaycanda 8-ci dəfə olduğunu və ölkənin çox müasirləşdiyini qeyd edib: "Azərbaycan Prezidenti tərəfindən ciddi islahatlar aparılır. Seçkilərdə insanlar istədikləri namizədlərə səs verirlər. Seçkilər sakit formada keçir və insanların narazı olduğunu görmədim".//Apa.az


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər