“Əgər kimdəsə məntəqələrdə baş verən pozuntularla bağlı görüntülər varsa, onu bizə təqdim etməyə çəkinməsinlər”.
Publika.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov parlament seçkilərinin ilkin nəticələri ilə bağlı keçirilən mətbuat konfransında deyib.
MSK sədri sosial şəbəkələrdə yayılan bütün görüntülərin araşdırılacağını bildirib.
“Hər bir vətəndaş əlində olan bütün faktları gecikmədən Mərkəzi Seçki Komissiyasına göndərməlidir. Bələdiyyə seçkilərində olduğu kimi, sosial şəbəkələrdəki bütün görüntüləri çox ciddi şəkildə araşdıracağıq”, - M.Pənahov deyib.