Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 29 saylı Səbail seçki dairəsindən daxil olmuş müraciətə baxılıb.
Teleqraf.com xəbər verir ki, məsələ barədə MSK üzvü Bəxşeyiş Əsgərov məlumat verib. Şikayətçi namizədlər Rəhimov Elçin və Sultan Nəcəfov müraciətlərində bir sıra seçki məntəqələrində qanun pozuntularının olduğunu bildirib.
MSK-nın araşdırması zamanı müəyyən olunub ki, 23 saylı seçki məntəqəsində nəticələr seçicilərin iradəsini əks etdirmir və həmin məntəqədə səsvermənin nəticələri etibarsız hesab edilib.
Qeyd edək ki həmin dairədə lider namizəd Nigar Arpadaraidir.