24 Fevral 2020 20:40
520
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 64 saylı Sabirabad ikinci seçki dairəsindən namizəd Dilşad Əhədovanın müraciətinə baxılıb.

Teleqraf.com-un məlumatına görə, məsələ ilə bağlı MSK üzvü İlham Məmmədov məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu iddia edib: "Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı həmçinin sosial şəbəkələrdəki görüntülərə də baxılıb. Yalnız bir seçki məntəqəsində pozuntu halları aşkar edilib".

İclasda daha sonra həmin dairənin 1 seçki (1 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər