25 Fevral 2020 19:15
615
12 Punto 14 Punto 16 Punto 18 Punto

MSK-nın iclasında 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə lider namizəd Erkin Qədirlinin şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, MSK katibi Arifə Muxtarova bildirib ki, Erkin Qədirli həmin seçki dairəsi üzrə 8 məntəqədə səsvermənin nəticəsinin ləğvini xahiş edib.

Arifə Muxtarova bildirib ki, praktikada bu cür halla ilk dəfə qarşılaşır:

“Erkin Qədirli nəticələrinin ləğvini xahiş etdiyi məntəqələr üzrə də ən çox səs toplamış namizəddir. O, bir video kart təqdim edib. Həmin video kartda yalnız 2 məntəqədə səslərin hesablanması əks olunub. Bu videolara baxış zamnı seçicilərin iradəsini ifadə etməyə zidd hallar aşkar edilməyib. Erkin Qədirli özü də şikayətini əsaslandırmayıb”.

Müzakirədən sonra Erkin Qədirlinin şikayəti əsassız sayılıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər