Böyük Quruluş Partiyasının (BQP) başqanı, deputat Fazil Mustafa Prezident Administrasiyasında (PA) dəvət olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə F.Mustafa sosial şəbəkədə bildirib.
"Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşdük. Partiyamızın fəaliyyəti, parlament çalışmalarımız, iqtidar və müxalifət partiyaları arasında münasibətlər mövzusunda səmərəli söhbətimiz oldu”.
Qeyd edək ki, Ədalət Vəliyev bu gün həmçinin ReAl Partiyanın sədri İlqar Məmmədov, Vəhdət Partiyasının sədri Tahir Kərimli ilə də görüşüb. Buna qədər isə PA-nın şöbə müdiri Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyni qəbul etmişdi.