Milli Məclisin əvvəllər də üzvü olan və yeni seçilən üzvlərini təbrik edirəm. Onlara möhkəm can sağlığı və uğurlar arzulayıram.
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirib.
S.Mirzəyev VI çağırış Milli Məclisin daha produktiv işləyəcəyinə və yeni, yaxşı qanunlar qəbul edəcəyinə inandığını bildirib:
“Beşinci çağırışdan bir çox sənədlər qalıb. Yəqin ki, ilk növbədə onları müzakirəyə çıxaracağıq. Qanunvericilik təşəbbüsü subyektlərindən yeni qanun layihələrinin gələcəyini gözləyirik. Ölkədə aparılan iqtisadi, sosial islahatlarla əlaqədar yeni qanunlar və mövcud qanunlara dəyişikliklər qəbul olunacaq”.
S.Mirzəyev yaz sessiyasının vaxtının uzadılmayacağını vurğulayıb:
“Bildiyiniz kimi qanunla müəyən edilib ki, yaz sessiyasi mayın 31-də başa çatır. Ancaq təcrübədə var ki, əgər qanunlar qalırsa, növbədənkənar sessiya çağırırıq. Biz hər il bu praktikadan istifadə ediirk. Çünki qanunlar çox olur. Ola bilsin ki, bununla əlaqədar olaraq yay aylarında işləyək".
S.Mirzəyev Milli Məclisin strukturunda hansısa dəyişikliyin edilib-edilməyəcəyi, yeni komitələrin yaradılıb-yaradılmayacağına dair Teleqraf.com-un sualına cavab olaraq deyib:
“Mən aparat rəhbəri kimi bu barədə heç nə deyə bilmərəm. Milli Məclisin deputatları yığışar və özləri bu məsələni həll edərlər”.