16 Mart 2020 17:59
27 725
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Putinin təklif etdiyi konstitusiya dəyişikliklərini təqdir edirəm. Putin son anda uçurumun kənarındakı Rusiyanı xilas edə bildi”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı professor, politoloq İqor Panarin deyib.

“Mişustini Baş nazir edən Vladimir Putin vaxtında düşünülmüş addım atdı. Beləliklə, 1917-ci ildəki liberal-mason çevrilişini təkrarlamaq cəhdlərinə mane oldu. Qərbyönlü liberal-trotskiçi çevriliş təhlükəsi aradan qaldırıldıqdan sonra hər şey yenidən başlayacaq. Bu müddət ərzində yeni sistem meydana gələcək, elitalar arasında yeni tarazlıq sistemi və yeni bir idarəetmə mexanizmi qurulacaq”, - Panarin vurğulayıb.

Onun sözlərinə görə, Putin hakimiyyəti 2024-cü ilə qədər Qərbdən qabaq dəyişdirmək planını həyata keçirməyə başlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər