25 Mart 2020 19:59
806
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin plenar iclaslarının keçirilmə saatlarına dəyişiklik edilib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Milli Məclisin Sədri Sahibə Qafarova sərəncam imzalayıb.

Sərəncamla Milli Məclisin iclasları saat 11:00-dan 17:00-dək keçiriləcək. Fasilə vaxtı isə saat 13:00-15:00-dək olacaq.

Qeyd edək ki, Milli Məclisin plenar iclasları saat 12:00-dan 18:00-dək keçirilib, saat 14:00-16:00-dək isə fasilə olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər