2 Aprel 2020 11:20
852
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qondarma rejimdə keçirilən seçkiləri pisləyərək Azərbaycana dəstək verən dövlətləri iki kateqoriyaya bölmək olar.

Bunu Teleqraf.com-a açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirib.

O qeyd edib ki, birinci kateqoriyaya bəyanatlarda açıq-aşkar Azərbaycanın ərazi bütövlüyünə dəstəyini ifadə edənlər daxildir:

“Bunlar Türkiyə, Ukrayna və Gürcüstandır. İkinci qrupa seçkiləri pisləyərək onu qeyri-legitim adlandıranlar daxildir. Bunlar İtaliya, İran, Almaniya, Böyük Britaniya, Rumıniya, Bolqarıstan, Moldova, Kanada, Estoniya, Latviya, Çexiya, Avropa İttifaqı, NATO və ATƏT-dir. Qeyd edim ki, bu siyahı yenilənir”.

Zaur Məmmədov qeyd edib ki, seçkilərin nəticələri bizə maraqlı deyil və olmamalıdır:

“Ən yaxşı erməni ölü ermənidir. Araik Arutunyan Qarabağ oliqarxı, Serj Sərkisyanın komandasında olan, daha sonra cinahını dəyişərək inqilab olar-olmaz Paşinyanı dəstəkləyən, Masis Mailyan isə özündə liberal-qərbpərəst imici yaratmaq istəyən fiqurlardır. Hər iki namizəd Nikol tərəfindən dəstəklənir. Robert Köçəryanın dəstəklədiyi Vitali Balasanyan isə məğlub oldu. Təbii ki, qondarma rejimin başçısının kim olacağı Nikolla şimal arasında razılaşdırılıb”.

Politoloq qeyd edib ki, 2008-ci il 1 mart hadisələrində fəal rol oynayan, bu günə qədər Sərkisyanın və Köçəryanın sözündən çıxmayan Bako Saakyan Nikol Paşinyan tərəfindən faktiki olaraq Qarabağdan qovuldu:

“Xatırladım kı, Bako Saakyan Sərkisyanın göstərişi ilə 2017-ci ildə Qarabağda referendum keçirərək, qondarma respublikanı “parlamentli respublika”dan “prezidentli respublika”ya keçirərək, hakimiyyətinin ömrünü uzatmaq niyyətini güdürdü. O da həqiqətdir ki, həmin referendumun keçirilməsinə aprel döyüşlərindən sonra qərar verilmişdi”.

Zaur Məmmədov bildrib ki, həm Ermənistanda, həm də Qarabağda siyasi ab-hava dəyişdi:
“Beləliklə, ermənilərin cəmi bir ili qaldı. Bu müddət ərzində ilk olaraq ətraf rayonlarla bağlı razılıq əldə olunmasa, cəbhədə tamam başqa mənzərənin şahidi olacağıq”.


Müəllif: Səxavət Həmid