17 Aprel 2020 11:58
510
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisdə bələdiyyələrlə bağlı ətraflı məlumat verilib. İllik məruzə də deputatlara təqdim edilib. Deputatlardan xahiş edirəm ki, hesabatı müdafiə etsinlər.

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Komitə sədri əlavə edib ki, bələdiyyələrə hüquqi yardımın göstərilməsi, mənimsəmələrin qarşısının alınması və dövlət büdcəsinə qaytarılması, qeyri-qanuni aktların ləğv edilməsi vacibdir.

O, xatırladıb ki, ötən il 1274 akt qanunvericiliyin tələbinə uyğun olmaması səbəbindən yenidən qanuna uyğunlaşdırılıb:

“Həmçinin bələdiyyələr arasında maarifləndirmə işinin aparılması da mühümdür. Bələdiyyələr 20 ildən artıqdır ki, fəaliyyət göstərir. Bələdiyyə üzvləri arasında hüquqi maarifləndirmə əhəmiyyətlidir.Ədliyyə Nazirliyinin, beynəlxaq qurumların və Milli Məclisin müvafiq komitəsinin üzvləri belə seminarlarda iştirak edir, maarifləndirmə işi aparır”.

Komitə sədri xatırladıb ki, Azərbaycanda 125 seçki dairəsi var, amma 118 dairədə bələdiyyə seçkiləri keçirilir: “20 ildən artıqdır ki, Azərbaycanın işğal edilən ərazilərində seçkilər keçirilmir. 20 ildir ki, bu ərazidə yaşayan 1 milyon insan fundamental hüquqlarından mərhum edilib. Nə Avropa Şurası, nə Venesiya Komissiyası bu seçmək və seçilmək hüququnun bərpa edilməsinin vacibliyinə dair mövqe sərgiləyib. Biz bu məsələləri beynəlxalq qurumlarda qaldırıb konkret faktları deməliyik”.

Komitə sədri həmçinin əlavə edib ki, dövlət bələdiyyələrə dotasiya ayırır, onların fəaliyyətinə dəstək verir.

S. Novruzov təkliflərini də səsləndirilib: “Bələdiyyə seçkiləri haqqında qanun ayrı olmalıdır. Seçki Məcəlləsində xüsusi və ümumi hissə var. Burada müəyyən uyğunsuzluq var. Hesab edirəm ki, bələdiyyə seçkiləri haqqında qanun ayrı olmalı və Seçki Məcəlləsindən çıxarılmalıdır".


Müəllif: Cavad

Oxşar xəbərlər