22 Aprel 2020 19:50
2 042
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com politoloq Oqtay Qasımovla müsahibəni təqdim edir:

- Oqtay bəy, koronavirus pandemiyası bəşəriyyətə təhlükə olaraq qalır. Faktiki olaraq, 170 min insan bu virusdan ölüb, 2 milyona yaxın insanda yoluxma aşkarlanıb, qlobal iqtisadiyyata 7 trilyon dollar ziyan dəyib. Yalnız bu faktlar göstərir ki, söhbt ciddi bir prosesdən gedir. Sizin bu mövzuda fikir və gözləntiləriniz nədən ibarətdir?

- Fikrimcə, yeni dünya düzənin yaranması və qlobal güclər arasında rəqabətin yeni adı koronavirusdur. Hazırda Çinə qarşı bir kampaniya aparılır və bu zaman ictimai şüura asan formada təsir edəcək metodlardan istifadə edilir. Səbəb də odur ki, Çin epidemiya barədə vaxtında dünyaya məlumat verməyib, ölkə daxilində xəstəliyin miqyası ilə bağlı real rəqəmləri gizlədib.

Yeri gəlmişkən, Çin özü də sanki bunun üçün əsaslar verir. Məsələn, 4-5 gün əvvələ qədər Çində koronavirusdan ölüm hallarının statistikası konkret idi, 3184 nəfərin koronavirusdan vəfat etdiyi bildirilirdi. Amma bir neçə gün əvvəl bəlli oldu ki, daha 1200 nəfər vəfat edənlərin siyahısına əlavə edilib. Beləcə, Çində virusdan 4500 nəfərə qədər insanın vəfat etdiyi açıqlandı. Bu cür hallar, yəni şəffaflığın tam olmaması Çinə qarşı müəyyən mövqenin yranmasını tətikləyir.

Sonrakı dövrdə Çindən bir çox ölkələrə göndərilən tibbi ləvzimatlar, xüsusilə qoruyucu maskalarda virusun aşkarlandığı elan olundu. İngiltərə, Avstraliya və Hollandiya Çindən gələn belə maskaları məhv etdiyini açıqladı. Belə hallar da Çinə qarşı ciddi şübhələr yaratdı. Xüsusilə, Çində bu epidemiyanın yalnız bir şəhərlə məhdudlaşması, sonrakı mərhələdə burada yoluxma sayının sıfırlanması ciddi şübhələrə yol açdı. Nəzəri-diqqətə Çin əhalisinin sayı gətirildi və yoluxmanın azlığı müəyyən mövqenin formalaşması üçün arqument oldu.

- Amma Çin də rəsmən elan etdi ki, dünyanın, xalqların düşməni Çin deyil, koronavirusdur...

- Məhz Uhan şəhərində bioloji laboratoriya var və II Dünya Müharibəsi zamanı bu obyekt Yaponiya tərəfindən istifadə edilib. İddiaların bir qismi buradan qaynaqlanır. Yəni virus bu obyektdə hazırlanıb və dünyaya da buradan yayılıb. Hərçənd Çinin rəsmi nümayəndəsi martda elan etmişdi ki, 2019-cu ilin oktyabrında ABŞ əsgərləri Uhan şəhərində tədbirdə iştirak edib və mümkündür ki, virus bu zaman yayılıbdi. Digər tərəfdən, Çində “bütün canlılar yeyilə bilər” deyimi var. Bu fikir daha çox ondan qaynaqlanır ki, virus Uhan şəhərində olan heyvan bazarında satılan yarasadan keçib və yayılmağa başlayıb. Amma bununla bağlı konkret mövqe yoxdur. Yəni aparıcı institutlar qərar verməyiblər və yekun rəylərini açıqlamayıblar.

- Sizə elə gəlmirmi ki, indi virusun yayılması səbəblərindən daha çox onun nəticələrinin necə olacağı dartışılmalıdır?

-Təbii ki, bu amildən həm də siyasi məqsədlər üçün istifadə ediləcək. Burada günah keçisi də tapılmalıdır. Bu da epidemyanın yarandığı və dünyaya yayıldığı elan edilən Çindir. Epidemiya başlayandan sonra Çinin 7 milyon vətəndaşı dünyanın müxtəlif ölkələrinə səyahət edib. İndi beynəlxalq ictimaiyyətin Pekinə qarşı bir arqumenti də budur ki, Çin bilərəkdən vətəndaşlarının xaricə çıxışına icazə verib, onların içərisində yoluxucu xəstəliyi daşıyan insanlar olub və onlar da dünyanı yoluxdurublar. Ələlxüsus, İtaliyanın Lombardini bölgəsində 20 mindən çox çinli fabriklərdə çalışır. Onlar Çinə tətilə gedib qayıdıblar. Başqa sözlə, Çin epidemiyaya rəğmənş onların ölkədən çıxışına icazə verib, İtaliya isə onları ölkəyə qəbul edərkən karantinə almayıb. Məhz bu formada koronavirus əvvəlcə İtaliya, sonra Avropaya yayılmağa başlayıb.

Bununla paralel olaraq nəzərə almalıyıq ki, dünyada qlobal rəqabət başlayıb. Koronavirusdan sonra dünya düzənində kifayət qədər dəyişikliklər olacaq. Bir çox aparıcı mütəxəssislər qeyd edirlər ki, koronavirusdan sonra dünya çox dəyişəcək. Bu mənada indi əslində koronavirusdan sonrakı dövrlə bağlı mübarizə gedir. Bu savaşda da əsasən, iki nəhəng qüvvə üz-üzə gəlir. ABŞ liderliyində Qərb bloku ilə Çin və Rusiya ilə bir cərgədə olan digər dövlətlər qrupu. Hər halda Çinə qarşı iddialar davam edəcək.

- Hazırda Çinə qarşı informasiya təbliğatı, təzminat iddialarına qoşulan ölkələrin sayı durmadan artır. Bu proses nə ilə yekunlaşa bilər?

- Çox böyük ehtimalla Çindən müəyyən güzəştlər alacaqlar. Əgər belə olmasa, beynəlxalq məhkəmələr tərəfindən Çinə böyük sanksiya və cərimələr yazdıracaqlar. Və bu vəziyyətdə Çinin əl-ayağını yığacaqlar. Məsələn, sanksiya altında olan Çin şirkətləri başqa ölkələrə məhsul sata bilməz və ya bu ölkənin gəmiləri başqa sularda üzə bilməz. Çünki beynəlxalq strukturların özü də qlobal dövlətlərin əlində vasitəyə çevrilib. Baxın, ABŞ hazırda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) maliyyəsini dayandırıb. Prezident Tramp ÜST-ü Çininisiyasətini aparmaqda ittiham etdi. Digər beynəlxalq qurumlar da müəyyən güclü dövlətlərin təsiri altında Çinə qarşı qeyd etdiyimiz qərarları çıxara bilər. Odur ki, pandemiya uzandıqca və dövlətlərin iqtisadi baxımdan problemləri dərinləşdikcə sözsüz ki, Çinə qarşı qəzəbləri də artacaq. Bu da müəyyən gərginliyə səbəb olacaq.

Yeri gəlmişkən, nəzərə alaq ki, Çinə qarşı belə addımların atılmasının mümkünlüyünü ilk dəfə vəkillər qaldırıb. Onlar Çinin bu məsələdə günahkar olduğunu qeyd edərək, fərdi qaydada Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edəcəklərini elan etdilər. Zaman keçdikcə bu istiqamətdə kampaniya başladı, dövlətlər bu prosesə qoşuldu. Və hazırda Çinə qarşı ciddi siyasət formalaşır.

- Çin ona qarşı formalaşan bu platforma qarşısında duruş gətirə bilərmi?

- Hesab edirəm ki, Çinə bütün dünyanı qarşısına almaq çətin olacaq. Əslində burada Çinin davranışlarına dəyişikliklər etməsi lazım olacaq. Hərçənd BMT-də müzakirələr zamanı Çini kulinariya məsələlərində ittiham etdilər, onu yuxarıda qeyd etdiyimiz əməllərdən çəkinməyə dəvət etdilər. Amma Pekin bildirdi ki, onlar ənənələrini dəyişməyəcək və məişətlərini əvvəlki formada davam etdirəcəklər. Bu sözsüz ki, müəyyən gərginliklərə səbəb olacaq. Həm də söhbət təkcə pandemiyadan getmir, başqa məsələlər də var..

- Hansı məsələlər?

- 5G texnologiyası ilə bağlı aparılan ciddi mübarizə də unudulmamalıdır. Çin 5G texnologiyasına öncüllük edən dövlətdir. Görünür, bu məsələlərdə də Çin geri çəkilməli olacaq. Baş verənləri ümumiləşdirsək, belə nəticə hasil olar ki, dünyada qlobal mübarizə gedir. Bu mübarizədə iqtisadi cəhətdən dünyada ikinci dövlət olan, iqtisadiyyatı sürətlə inkişaf edən Çinə bunun bədələni ödətmək istəyirlər. Hazırda gedən kampaniyanın mahiyyətində bu durur.

- Demək istəyirsiniz ki, odlu silahlardan istifadə edilmdən III Dünya müharibəsi gedir...

- Əlbəttə, bu faktiki güllə atılmadan aparılan müharibədir. Bu barədə dəfələrlə fikirlər deyilib. Sözsüz ki, burada sui-qəsd nəzəriyyəsinə uyğun olaraq bəzi iddia və fərziyyələr də səslənir. Yəni bunu başqa məsələlərlə bağlayırlar. Başqa sözlə, bunun xüsusi laboratoriyada yetişdirilib dünyaya yayılan virus olduğu iddiası var. Hətta belə fikirlər var ki, dərin dünya güclərinin yer kürəsində əhalinin sayının azaldılmasına dair poqramları var, bunu həyata keçirmək üçün müəyyən işlər görülməlidir. Hansısa məktuba istinad edərək deyirlər ki, I və II Dünya müharibələri oldu, III Dünya mühaibəsində artıq bioloji silahlardan istifadə ediləcək. Mən ötən ay rus aliminin çıxışına baxdım. Həmin alim açıq dedi k, baş verənlər bakteroloji müharibədir. Faktiki olaraq, koronavirus dünyanı cənginə alıb, haradasa 7 milyarda yaxın insanı qapalı həyat tərzinə keçməyə məcbur edib. Əslində söhbət belə nəhəng prosesdən və ya proqramdan gedir.


Müəllif: Cavad

Oxşar xəbərlər