24 Aprel 2020 11:20
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 24-də qondarma erməni soyqırımı günü qeyd edilir. Mən tarixə səyahət etmək istəmirəm. Bakıda mart-aprel aylarında ermənilər bizə qarşı soyqrımı keçiriblər. Biz soyqırımına qarşı qanunvericilik, abidələrin qoyiulması sahəsində iş görməliyik. Bakıda, Qubada, Şamaxıda, hətta Urmiyada 10 minlərlə azərbaycanlı türkü soyqırımına məruz qoyulub.

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı deputat Tahir Kərimli səsləndirib.

Deputat xatırladıb ki, 1965-ci ildə Qərbi Azərbaycana bir qonaq gəlib: “Krasnoselski rayonunun birinci katibi Əli Həsənovla görüşür. Bu şəxs o zaman Dövlət Təhlükəsizlik Komitəsində işləyən Heydər Əliyev idi. O zaman Moskva icazə vermişdi ki, ermənilər soyqırımı tədbirlərini keçirsin. Hətta Gədəbəydə, bizim torpaqlarımızda. O zamanda azərbaycanlıların soyqırımı nəzərdə tutulurdu. Bunun qarşısını məhz Heydər Əliyev ala bildi. Biz erməni ilə heç vaxt dost ola bilmərik. Bunu unutmamalıyıq”.

Tahir Kərimli daha sonra qeyd edib ki, Beynəlxalq Amnistiya Təşkilatı bəyanat verib və Bakıda qadınların aksiya keçirərək, gender bərabərliyi tələb etdiyini bildirib: “ Onları qəhraman kimi təqdim ediblər. Bizim qəhramanlarımız Milli Azadlıq Hərakatında rus tankarının qarşısına çıxanlar, cəbhədə erməniyə qarşı vuruşanlardır. Həmin insanlar bizim qəhrəmanımız ola bilməz”.


Müəllif: Cavad

Oxşar xəbərlər