1 May 2020 15:53
1 289
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən çıxış etmək istəmirəm. Sadəcə, bir məsələni aydınlaşdırmaq istəyirəm. Burada sədrə müraciət zamanı "xanım sədr" ifadəsi işlədilir. Fikrimcə, bu, daha çox ingilis və rus dilinə uyğundur. Burada ədəbiyyatçılar, dilçilərimiz əyləşib. Mən hesab edirəm ki, "hörmətli sədr" ifadəsi olmaldır.

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı komitə sədri Siyavuş Novruzov deyib.

Komitə sədri bildirib ki, Milli Məclisin spikerinə müraciət zamanı "hörmətli sədr" ifadəsi işlədilməlidir.

Milli Məclis sədrinin bu təklifə reaksiyası çox maraqlı olub: “Çox sağ olun Siyavuş müəllim. Mənə bəzən cənab sədr də deyirlər...”


Müəllif: Cavad

Oxşar xəbərlər