Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, iclasda 3 məsələ müzakirə edilib.
Komitə sədri Bəxtiyar Əliyev bildirib ki, iclasda əvvəlcə “Polis haqqında”, “Avtomobil yolları haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Dövlət qulluğu haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Psixiatriya yardımı haqqında”, “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Dövlət rüsumu haqqında”, “İcra haqqında”, “Gənclər siyasəti haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” və “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsi müzakirə edilib.
Sonra komitənin onlayn iclasında “Onkoloji yardım haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Atçılıq haqqında”, “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Könüllü fəaliyyət haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Təhsil haqqında” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi, eləcə də “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında”, “İcbarı sığortalar haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqlnda”, “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Mədəniyyət haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Məşğulluq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə sənədə baxılıb.
Bəxtiyar Əliyev bildirib ki, gündəliyə daxil edilən hər məsələlər ölkə Prezidenti İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə daxil olub. Qanun layihələri “Əlilliyi olan şəxslərin hüquqları” haqqında 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli qanuna uyğunlaşdırma məqsədi daşıyır.
Sözügedən sənədlərə təklif edilən dəyişikliklər əlilliyi olan şəxslərin reabilitasiyası, tibbi, təhsil, peşə-əmək, psixoloji-pedaqoji problemlərinin həlli ilə bağlı hüquqi tənzimləmə məqsədi ilə aparılıb.
Komitə üzvləri İsa Həbibbəyli, Musa Qasımlı, Anar İsgəndərov, Eldar Quliyev, Müşfiq Məmmədli, Ceyhun Məmmədov, Şahin Seyidzadə onlayn iclasda çıxış edərək sənədlərlə bağlı fikirlərini bildiriblər.
İclasın sonunda hər 3 qanun layihəsinin Milli Məclisin plenar iclasına tövsiyə edilməsi qərara alınıb.