8 May 2020 11:37
984
12 Punto 14 Punto 16 Punto 18 Punto

“May ayının 10-da Ulu öndər Heydər Əliyevin anadan olmasının 97 ili tamam olacaq. Heydər Əliyev Azərbaycanın yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı spiker Sahibə Qafarova deyib.

Milli Məclisin sədri bildirib ki, Heydər Əliyev millətimizin şərəf və ləyaqət rəmzinə çevrilib:

“1960-cı illərin axırlarında və 1990-cı illərin əvvəlində hakimiyyətə hər iki gəlişi zamanı Heydər Əliyev ona bəslənən ümidləri doğruldub. Onun zəhmətinin bəhrəsi olan müstəqil Azərbaycan bu gün etibarlı əllərdədir. Ulu öndərin başladığı bütün işlər bu gün eyni əzm və iradə ilə davam etdirilir. İlham Əliyev ölkəmizi bu gün dünyanın ən dinamik inkişaf edən ölkələrdən birinə çevirib”.


Müəllif: Cavad

Oxşar xəbərlər