9 May 2020 14:33
925
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hüquqmüdafiə Təşkilarları Monitorinq Qrupunun üzvləri Novella Cəfərova, Səidə Qocamanlı və Səadət Bənənyarlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev və siyasi partiyalarla iş sektorunun müdiri Səbinə Salmanova ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, görüş zamanı son aylarda yaşanan pandemiya şəraitində ölkədə görülən operativ tədbirlər müsbət qiymətləndirilib, həmçinin QHT-lərin pandemiya ərəfəsindəki fəaliyyəti geniş müzakirə edilib.

Hüquq müdafiəçiləri pandemiya dövründə bəzi rəhbər vəzifələrdə olan məmurlar tərəfindən vətəndaşlara qarşı göstərilən biganəlik, laqeydlik hallarını da qeyd ediblər. Səlahiyyətlərindən istifadə edərək vətəndaşların hüquqlarını kobudcasına pozan, öz mənfəətini üstün tutan məmurların bir qisminin həbsi ölkədə köklü dəyişikliklərə start verildiyini göstərir.

Hüquq müdafiəçiləri siyasi partiyalarla aparılan görüşləri, bir sıra siyasi partiyaların qeydiyyatdan keçirilməsini müsbət dəyərləndirərək ölkənin gələcəyi naminə cəmiyyətin bütün təbəqələri, siyasi qüvvələri arasında dialoqun vacibliyini vurğulayıblar.


Müəllif: Cavad

Oxşar xəbərlər