Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov ABŞ rəsmilərinə məktub yazaraq bu ölkədə həbsdə olan rusların azad edilməsini istəyib.
Teleqraf.com xəbər verir ki, səfir ABŞ-da həbsxanada olan rusları COVİD-19 səbəbindən azad edilməsi üçün Dövlət Departamenti, Ədliyyə Nazirliyi, Federal Pentensiar Agentliyə müraciət edib.
O, ABŞ tərəfinin xoş niyyət və humanistlik göstərərək rusların həbsxanalardan buraxmağa dəvət edib və bildirib ki, COVİD-19 səbəbindən həbsxanalarda durum yaxşı deyil.
Xatırladaq ki, bundan əvvəl Anatoli Antanov ABŞ ədliyyə naziri villiam Bara və Federal Pentensiar Agentliyin rəhbəri ilə görüşərək həbsxanadakı Rusiya vətəndaşların azadlığa buraxılması məsələsini qaldırıb.
Qeyd edək ki, hazırda ABŞ-da Rusiya agenti adı ilə həbs edilən 4 rus var.